Sahildə batan maşını çıxarmağa gələn texnikalar qumda batdı Video

26.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Xaçmazda dəniz kənarında batan avtomobilləri çıxarmaq istəyən texnikalar çətin vəziyyətə düşüblər.

“Qafqazinfo” “Şimal.news”a istinadən xəbər verir ki, əvvəlcə evakuator, daha sonra isə əraziyə gətirilən bir neçə traktor da sahildə batıb.

Bildirilib ki, ilk olaraq sahildə batan avtomobili çıxarmaq üçün evakuator cəlb olunub. Lakin onu xilas etməyə gələn texnika da quma bataraq hərəkətsiz qalıb. Bundan sonra əraziyə bir neçə traktor gətirilib. Nəticədə, onlar da batıb.

Beləliklə, bir avtomobili çıxarmaq üçün başlayan əməliyyat texnikanın ardıcıl şəkildə quma batması ilə nəticələnib.

Sonda ekskavator vasitəsilə batan texnikanı çıxarmaq mümkün olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью