Sahildə qaz olmayacaq Yeni Sabah

14.11.2024

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Qaradağ rayonundakı Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

"Azəristiliktəchizat" ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin quraşdırılması məqsədilə noyabrın 14-də saat 10:00-dan 13:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью