Sahildə qumla oynamaq faciəyə səbəb oldu

11.07.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İtaliya sahillərində yeniyetmənin əyləncəsi dəhşətli faciəyə çevrilib.

Bakupost.az yerli KİV-ə istinadla xəbər verir ki, Rikkardo adlı 17 yaşlı oğlan qazdığı tunelin qəfil çökməsi nəticəsində tonlarla qumun altında boğularaq ölüb.

Belə ki, yeniyetmə sahildə 3 və 8 yaşlı bacıları ilə oynayan gənc onıarın xahişi ilə suyun yaxınlığında çuxur qazmaq qərarına gəlib.

Gənc çimərliyin bir tərəfindən digər tərəfə keçmək üçün tunel düzəltmək istəyib.

Lakin Rikkarjo tunelin mərkəzinə çatanda qazdığı qum qəfil çökərək onun üstünə tökülüb.

Hadisə şahidləri deyirlər ki, yaxınlıqdakılar onu xilas etmək istəsələr də, qumun altından yeniyetmənin meyiti çıxıb.


Ayxan, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью