Sahili çirkləndirənlər cəzalandırıldı

25.07.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Paytaxtın Xəzər, Qaradağ, Xətai rayonlarında və Sumqayıt şəhərində sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.

Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 14 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.

Xəzər rayonu ərazisində isə bir nəfər tərəfindən sahilboyu mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılması aşkar olunub və həmin şəxs barəsində inzibati tədbir görülüb. Sezar pizza


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью