Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Ağsu şəhərində vətəndaşları qəbul edib.
525.az DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Göyçay rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.