Şahin Bağırov: Büdcə proqnozunu yerinə yetirməyimiz üçün problem yoxdur

17.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycanın gömrük orqanlarının dövlət büdcəsi ilə bağlı proqnozu yerinə yetirməsi üçün hər hansı problem yoxdur.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr Şahin Bağırov bildirib.

"Gömrük orqanları bu il də büdcə proqnozunun yerinə yetirilməsini təmin edəcək. Bu proqnoz hesablamalara əsaslanır. Ticarət əməliyyatları, xüsusilə idxalın həcmi nəzərdən keçirilir. Daha sonra dəqiq rəqəmlər təsbit olunur və təsdiq olunur. Apardığımız fəaliyyət nəticəsində büdcə proqnozunun yerinə yetirilməsində bir çətinlik yoxdur. Növbəti ilin də büdcə sənədləri qəbul olunub və biz qarşımızda duran və müəyyən olunmuş tapşırıqları yerinə yetirəcəyik",- deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью