Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, post rəsinin sərəncama götürülməsinə səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qeyri -qanuni siqaret yüklərinin aşkarlanması olub. 

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью