Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib

31.01.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Dünən ölkımizdə Gömrük İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilib.

Gununsesi.info -nun məlumatına görə, bu münasibətlə DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir qrup əməkdaşı xüsusi rütbə ilə təltif edib.

Təltif olunanların siyahısında Camalov İlqar Elmar oğlunun da adı var.

Gununsesi.info-nun araşdırması zaçanı məlum olub ki, İlqar Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.

Burada maraqlı məqam odur ki, E.Camalov  Baş prokurorun müavini  kimi Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə  Hallar Nazirliyini kurasiya edir.

İlqar Camalov isə atasının kurasiyasında olan  Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsinin Rəqəmsal Ticarət Araşdırmaları  Şöbəsinin rəisi vəzifəsini tutur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью