Şahin Bağırov onu rəis təyin etdi

06.02.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

“Qafqazinfo”nun “Qaynarinfo”ya istinadən məlumata görə, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin olunub.

K.Yusifov bundan əvvəl Balakən rayonundakı “Mazımqara” gömrük postunun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью