Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Fevralın 6-da saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Tərtər rayonunda vətəndaşları qəbul edəcək.
XQ Komitəyə istinadən xəbər verir ki, görüş rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 29) baş tutacaq.
Qəbul zamanı Tərtər, Bərdə və Naftalan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.