Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İctimai nəbz
Bu sadəcə bir təcrübə idi. Nəticə də maraqlı oldu. Yəqin ki, bundan sonra müxtəlif mövzularda belə sorğuları davam etdirəcəyik. Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında keçirilən qeyri-rəsmi sorğuda siyasi şərhləri və analitik fikirləri bəyənilən şəxslərin adları açıqlanıb. Sorğuda iştirak edənlərin cavablarına əsasən, siyasi şərhçi Şahin Cəfərli ən çox adı çəkilən şəxs olub.
Sorğunu Sherg.az Facebook hesabında keçirib. İştirakçılardan Azərbaycanda fikirlərini bəyəndikləri beş siyasi şərhçinin adını qeyd etmək istənilib.
Şərhlərin təhlili göstərir ki, Şahin Cəfərli respondentlər tərəfindən daha çox xatırlanıb. Onun adı müxtəlif istifadəçilərin cavablarında təkrar-təkrar yer alıb.
Siyahıda Elxan Şahinoğlu, Tofiq Zülfüqarov, Asif Nərimanlı, Səxavət Məmməd, Tamilla Qulami, Natiq Cəfərli, Elçin Alıoğlu, Rauf Mirqədirov, Ərəstun Oruclu, Aqşin Kərimov, Qabil Hüseynli, Ərəstun Oruclu və digər tanınmış siyasi şərhçilərin də adları çəkilib.
Respondentlər arasında Tofiq Zülfüqarovun peşəkar təcrübəsini və məlumatlılığını xüsusi vurğulayanlar da olub. Bəzi iştirakçılar isə mərhum politoloq Vəfa Quluzadəni xatırladaraq onun analitik yanaşmasının hələ də əvəzolunmaz olduğunu bildiriblər.
Sorğunun şərhlərində fərqli yanaşmalar da diqqət çəkib. Bəzi istifadəçilər ölkədə peşəkar siyasi şərhçilərin sayının azlığından narazılıqlarını ifadə edib, digərləri isə efirlərdə görünməyin avtomatik olaraq peşəkarlıq göstəricisi olmadığını vurğulayıblar.
Qeyd edək ki, sorğu sosial şəbəkə istifadəçilərinin şəxsi seçim və rəylərini əks etdirir, elmi və ya ümumi mənzərəni əks etdirənictimai rəy araşdırması hesab edilə bilməz.