Şahin Diniyev: “Baş məşqçinin gələcəyinin bu matçdan asılı olması şanslarımızı artıracaq”

16.09.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Çətin oyundur. Əlbəttə, rəqibin adı bizə bəllidir. “Benfika” köklü komandadır".

Bu sözləri Apasport.az saytına açıqlamasında "Səbail"in sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın yetərincə təcrübəsi olduğunu dilə gətirib: “Qarabağ” da artıq püxtələşib, Avropada yetərli təcrübəni toplayıb. Ağdamlılar daim Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasında çıxış edir. Hər iki komanda hücumameylli futbol oynayır, topu özündə saxlamağa çalışır. Düşünürəm ki, bolqollu oyun olacaq. Həm “Qarabağ”, həm də “Benfika” qapılara yol tapacaq. Təmsilçimiz oturuşmuş heyətə malikdir. Portuqaliya klubunda isə müəyyən problemlər var. Lakin onların heyətindəkilər səviyyəli futbolçulardır. Həmin oyunçuların zamana ehtiyacı yoxdur. Rəqibin durumunun yaxşı olmaması, baş məşqçinin gələcəyinin bu matçdan asılı olması şanslarımızı artıracaq. Təmsilçimizə uğurlar arzulayıram".

"Qurban Qurbanov heykəli qoyulası adamdır" I Liqa klubu azarkeşlərinə görə ziyana düşüb Millimizin üzvü I Liqa klubunda Azərbaycanlı futbolçu Belçika klublarının Hədəfində “Sabah” və “Zirə”dən qələbə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью