Şahin Diniyev: Bu arada 3 klub Coşqunla maraqlanırdı

10.02.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Türkiyədə "transfer pəncərəsi" sabah bağlanır. Bu arada 3 klub Coşqunla maraqlanırdı". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Coşqunun "Bandırmaspor"u "Çorum"a dəyişməsinə münasibət bildirib: 
"Agent və klublarla danışdıqdan sonra üstünlük "Çorum"a verildi. Çünki bu klub daha iddialıdır. Onların Superliqaya yüksəlmək ehtimalı daha böyükdür. Dünən müqavilə imzalanıb, Coşqun artıq məşqlərə başlayıb".

Qeyd edək ki, Diniyev mövsümün əvvəlində "Ümraniyespor"dan "Bandırmaspor"a keçmişdi.

Nuh Tarverdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью