“Şahin Diniyev: Düzgün balans tapılmasa, gələcəkdə problemlər yarana bilər

05.06.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Düşünürəm ki, ötən mövsüm daha rəqabətli bir çempionat izlədik. "Sabah"n çempionluğu təsadüfi deyildi". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının ötən mövsümünü belə dəyərləndirib:
"Mövsüm ərzində sabit oyun göstərdilər və kuboku da başı üzərlərinə qaldırmağa da layiq idilər. "Neftçi" isə məşqçi dəyişikliyindən sonra müəyyən qədər sürpriz etdi və Avropa zonasına düşməyi bacardı. "Turan Tovuz"un da sabit qrafik cızdığını söyləmək olar. "Zirə" isə əldə etdiyi üstünlüyü sonda qoruyub saxlaya bilmədi. Legioner məsələsinə gəlincə, onların çoxluğu ümumi səviyyəni artırsa da, limitin Azərbaycan futboluna və xüsusilə milli komandaya uzunmüddətli fayda verib-verməyəcəyi sual altındadır. Çünki milli çempionatın əsas məqsədi yerli futbolçuların inkişafı və yığmaya komandaya baza hazırlamaqdır. Bu baxımdan düzgün balans tapılmasa, gələcəkdə problemlər yarana bilər".
Qeyd edək ki, Misli Premyer Liqasının başa çatan mövsümündə "Sabah" tarixində ilk dəfə çempionluğu bayram etdi. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью