Şahin Diniyev istefa verdi

04.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis Tovuzdakı matçı belə dəyərləndirib:

"Oyun haqda çox danışmağa söz yoxdu. Rəhbərliklə görüşdüm, istefa qərarımı verdim. Qərarımı dəyişmək niyyətində deyiləm. Komandaya yeni nəfəs lazımdır. Perspektiv görmürəmsə, qalmağın mənası yoxdur".

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью