Icma.az bildirir, Oxu.az portalına istinadən. "Yeni komandaya keçən hər futbolçu debüt matçında dubl edə bilmir.
Coşqun yeni komandasında çıxdığı ilk oyunda ən yüksək nəticəni göstərərək azarkeşlərin inamını qazandı".
Bunu Oxu.Az-a açıqlamasında Türkiyə 1-ci Liqa təmsilçisi "Çorum" klubunun futbolçusu Coşqun Diniyevin atası, "Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev deyib.
"Övladının uğurlu nəticəsini görmək hər bir valideyin üçün qürurvericidir.
Hər futbolçu yeni transfer olduğu komandada debüt matçında dubl etmək bir yana, bir qol belə vura bilmir.
Coşqun isə yeni komandasında bu uğura imza atdı və doğru transfer olduğunu sübut etdi.
Bu, həm klub rəhbərliyində, həm də azarkeşlərdə ona qarşı olan inamın artmasına şərait yaratdı.
Eyni zamanda on ballıq sistem üzrə ən yüksək nəticəni toplayaraq, oyunun ən yaxşısı seçilmək də hər futbolçuya qismət olmur.