Şahin Diniyev: Qarabağ kağız üzərində və reallıqda Neftçi dən güclüdür | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Qarabağ" erkən qol vursa, matçın taleyini tez həll edə bilər".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXIII turunda bu gün baş tutacaq "Neftçi" - "Qarabağ" oyunu haqqında fikirlərini bölüşüb: "Komandalar hazırda fərqli mövqedədirlər.
Ancaq iki böyük klubun qarşılaşması turnir cədvəlində kimin hansı pillədə qərarlaşmasından asılı olmayaraq həmişə derbi sayılacaq.
Prinsipial matçdır. Bu oyunu önəmli edən amillərdən biri də azarkeşlərdir. Məhz fanatlar görüşdən əvvəl təzyiqi qaldırırlar".
Diniyev Azərbaycan derbisinin maraqlı keçəciyini söyləyib: "Təəssüflər olsun ki, hazırda klublar başqa mövqelərdə yer alıblar.
Hər ikisi çempionluq uğrunda mübarizə aparmır. Futbol proqnozu sevmir. Oyunda hər şey ola bilər.
Bu gün "Qarabağ" kağız üzərində və reallıqda rəqibindən güclüdür. Onların qalib gəlmək şansı daha çoxdur.
Tam oxu
Xəbəri oxu