Icma.az bildirir, Report.az saytına əsaslanaraq. "Qarabağ" erkən qol vursa, matçın taleyini tez həll edə bilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXIII turunda bu gün baş tutacaq "Neftçi" - "Qarabağ" oyunu haqqında fikirlərini bölüşüb: "Komandalar hazırda fərqli mövqedədirlər.
Ancaq iki böyük klubun qarşılaşması turnir cədvəlində kimin hansı pillədə qərarlaşmasından asılı olmayaraq, həmişə derbi sayılacaq.
Prinsipial matçdır. Bu oyunu önəmli edən amillərdən biri də azarkeşlərdir. Məhz fanatlar görüşdən əvvəl təzyiqi artırırlar".
Ş.Diniyev Azərbaycan derbisinin maraqlı keçəcəyini söyləyib: "Təəssüf ki, hazırda klublar başqa mövqelərdə yer alıblar.
Hər ikisi çempionluq uğrunda mübarizə aparmır. Futbol proqnozu sevmir. Oyunda hər şey ola bilər.
Bu gün "Qarabağ" kağız üzərində və reallıqda rəqibindən güclüdür. Onların qalib gəlmək şansı daha çoxdur.