Şahin Diniyev: Son addım hər zaman asan olmur

19.08.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

"Hər iki təmsilçimizin rəqibləri olduqca güclü komandalardır".

Bu sözləri "Apasport"a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Sabah" və "Qarabağ"ın avrokuboklarda pley-off matçlarını dəyərləndirib:

"Klublarımızı çətin matçlar gözləyir. Şansların bərabər olduğunu düşünürəm. Son addım hər zaman asan olmur. Həm İsrail təmsilçisi, həm də Niderland klubu yüksək səviyyəli komandalardır. Keçirdikləri son matçlar da bunu deməyə əsas verir. Təmsilçilərimizə uğurlar arzu edirəm. Ümid edirəm ki, sonda sevinən tərəf biz olarıq".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gecə, "Tvente" - "Qarabağ" görüşü isə sabah baş tutacaq.

"Sabah"ın rəqibində iki ayrılıq Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb Millimiz yenə məğlub oldu: BU DƏFƏ 5 QOL BURAXDI Fərid Namazov: “Tənqidlərə açığıq”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью