Şahin Diniyevin xələfi kim olacaq? Namizədlər bəllidir

04.11.2024

Apasport saytına istinadən Icma.az xəbər verir.

Şahin Diniyevlə yollarını ayıran “Səbail”in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Apasport.az-ın əldə etdiyi məlumata görə, komandanın yeni çalışdırıcısı da yerli olacaq.

Klub rəhbərliyi əcnəbi məşqçi gətirməyi düşünmür. Hazırda sözügedən posta ən real namizəd Adil Şükürovdur.

“Dənizçilər” mütəxəssisin xidmətində hələ sentyabrdan maraqlıdır. Tərəflər ötən ay görüşsə də, razılığa gələ bilməyiblər.

“Səbail”in yenidən Şükürovun qapısını döyəcəyi bildirilir.

Adil Şükürovdan başqa posta namizədlər arasında Cavid Hüseynov, Yunis Hüseynov və Tərlan Əhmədovun da adlarını görmək mümkündür. 

Qeyd edək ki, Diniyev 2022-ci ildən “dənizçilər”ə rəhbərlik edirdi.

Yeqor Xvalko: "Kəpəz" təzyiq altında xal qazanır" - Müsahibə Millimizin üzvünə İsveçdən təklif var III turdan təxirə salınan oyunun təyinatları açıqlanıb "Sabah" "Kəpəz"lə matça itki ilə çıxacaq Messi "Barselona"ya qayıda bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью