Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 oktyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər iki ölkə münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Şahin İsmayılov qeyd edib ki, prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin birgə səyləri ilə qardaş ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da genişlənib.
Qarşılıqlı hörmət və etimad prinsipləri əsasında yüksələn xətlə inkişaf edən münasibətlər xalqlarımızın rifahına xidmət göstərir.
Qardaş Qazaxıstan tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi xalqlarımızın və ölkələrimizin dostluq münasibətlərinin əyani təzahürüdür.
“Təbii ki, dövlət başçıları arasında aparılan fəal siyasi dialoq Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında xüsusi rola malikdir.
Yüksəksəviyyəli təmaslar, aparılan danışıqlar zamanı verilən qərarlar və onların uğurlu icrası münasibətlərin dinamik inkişafını təmin edir.