Şahin Mustafayev Aleksandr Novakla görüşüb

26.11.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, görüşdə bu ilin oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью