Şahin Mustafayev İrana gedəcək

20.01.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 22-23-də Tehranda İran-Azərbaycan İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

İqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirələrin gündəmində olacaq. 

Komissiyaya İran tərəfdən nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiq, Azərbaycan tərəfdən isə baş nazirin müavini Şahin Mustafayev sədrlik edəcək. 

Əsas müzakirələr yanvarın 22-də baş tutacaq. Yanvarın 23-də ümumi əməkdaşlıq memorandumu imzalanacaq.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью