Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüş zamanı, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.