Şahin Seyidzadənin dövrünə aid milyonlarla manatlıq pozuntu AŞKARLANDI | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Hesablama Palatası “İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsi publik hüquqi şәx
Modern.az-ın məlumatına görə, audit prosesi 29.02.2024-cü il tarixindәn 13.04.2024-cü il tarixinәdәk aparılıb və 01.01.2022-ci il tarixindәn
Audit zamanı milyonlarla manarlıq pozuntu aşkarlanıb. Qeyd edək ki, auditin aparıldığı dövrdə quruma Şahin Seyidzadə rəhbərlik edib.
O, 2022–2024-cü ildə İdarənin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Ötən il keçirilən parlament seçkilərində isə deputat seçilib və hazırda parlamentdə fəaliyyətini davam etdirir.
Audit nəticəsində aşağıdakı faktlar aşkarlanıb: - 2022-2023-cü illәrdә “İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsi tәrәfindәn "Mәnzil vә kommunal tәsәrrüfatı" vә "Mәdәniyyәt, incәsәnәt, informasiya, bәdәn tәrbiyәsi, gәnclәr siyasәti vә bu qәbildәn olan digәr fәaliyyәt" funksional bölmәlәri üzrә dövlәt sifarişlәri xәrclәrinin maliyyәlәşdirilmәsinә görә tәlәbat hazırlanarkәn “Dövlәt büdcәsinin tәrtibi vә icrası Qaydaları”nın 2.2-ci bәndinin tәlәblәri gözlәnilmәmiş, bölmәlәr üzrә müvafiq olaraq 1735336 manat vә 863661 manat mәblәğindә vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilib, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320551,24 vә 1405448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmayıb.
- İdarә tәrәfindәn “Yaşanıla bilәn vә Dayanıqlı İrs Şәhәrlәri” mövzusunda keçirilmiş beynәlxalq konfrans çәrçivәsindә xarici qonaqlar üçün aviabiletlәrin alınması xәrclәri üzrә 33012,4 manat, mehmanxana xәrclәri üzrә 16138,0 manat satınalma proseduru keçirilmәdәn xәrc edilib.
Eyni zamanda, İdarәnin Elmi Mәdәni Mәrkәzi tәrәfindәn 2022-ci ildә "Dövlәt satınalmaları haqqında" Qanunun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn "Nәqliyyat vasitәlәrinin cari tәmiri" xәrc maddәsindәn 14000,0 manat, "İcarә vә muzdlu xidmәtlәr" xәrc maddәsindәn 6440,0 manat turekskursiya xidmәtinә görә tәchizatçıya ödənilib.
Tam oxu
Xəbəri oxu