Şahin Şıxlınski Rusiyada saxlanıldı FOTO

01.07.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan diasporasının Uraldakı lideri Şahin Şıxlınski Rusiyada saxlanılıb.

Metbuat.az xəbər verir ki. o Yekaterinburqdakı "Baku Plaza” ticarət mərkəzində polis tərəfindən qaçırılıb.

Qeyd edək ki, Şahin Şıxlınski Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür. O 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью