“Şahmaran” Azərbaycan səhnəsində

06.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Səhnə əsərini Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət nümayəndələri və teatrsevərlər izləyiblər.

Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.

Rollarda Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda, teatrın xor və balet truppaları çıxış ediblər.

Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin mütəfəkkir şairi Ömər Xəyyama aiddir.

Nümayişdən sonra Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli səhnəyə çıxaraq yaradıcı kollektivi təbrik ediblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью