sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsində cavab oyunları bu gün keçiriləcək.
Sport24.az xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə, Teymur Rəcəbov Vüqar Əsədli ilə üz-üzə gələcəklər.
Məmmədyarov raundun ilk görüşündə qalib gəlib - 1:0. Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.
Misrətdin İskəndərov - Aydın Süleymanlı və Rauf Məmmədov - Əhməd Əhmədzadə duelləri də bərabərliklə yekunlaşıb - 0,5:0,5.
Qadınlarda Ülviyyə Fətəliyeva Zeynəb Məmmədyarovanı, Türkan Məmmədyarova Gövhər Beydullayevanı məğlub edib - 1:0.
Günay Məmmədzadə - Səbinə İbrahimova və Gülnar Məmmədova - Xanım Balacayeva qarşılaşmalarında qalib müəyyənləşməyib - 0,5:0,5.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.