Icma.az, Apasport portalına istinadən məlumat verir.
Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə 46-cı Ümumdünya Şahmat Olimpiadasına start veriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycanı kişilərdən ibarət milli komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli təmsil edəcəklər.
Qadınlardan ibarət yığmanın heyətində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alıb.
Püşkatmaya əsasən, ilk turda kişilərdən ibarət Azərbaycan millisi Mərakeş, qadınlardan ibarət komandamız isə Qvatemala ilə qarşılaşacaq. Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyeva ilk turda istirahət edəcəklər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Yarışda 208 komandanın heyətində 1032 şahmatçı mübarizə aparacaq.
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib Respublika Şahmat Olimpiadasına yekun vurulub Maqnus Karlsen yığmanın heyətinə daxil edilməyib Qusarda Respublika Şahmat Olimpiadasına start verilib FİDE prezidenti istefa verdi – Səbəb Aİ sanksiyaları