Şahmat tacı uğrunda mübarizədə ardıcıl üçüncü heç heçə

26.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İsveçrənin Cenevrə şəhərində hindistanlı dünya çempionu Dommaracu Qukeşlə özbəkistanlı Cavohir Sindarov arasında şahmat tacı uğrunda matçın üçüncü partiyası keçirilib.

İdman.Biz xəbər verir ki, noyabrın 26-da baş tutan görüş 60 gedişdən sonra heç-heçə yekunlaşıb. Bu dəfə ağ fiqurlarla Sindarov oynayıb.

İlk iki partiyada da qalib müəyyənləşmədiyindən ümumi hesab 1,5:1,5 olub. Beləliklə, rəqiblər ilk istirahət gününə bərabər hesabla yollanıblar.

Noyabrın 27-də şahmatçılar istirahət edəcəklər. Dördüncü partiya noyabrın 28-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Həmin görüşdə ağ fiqurlar Qukeşdə olacaq.

Qeyd edək ki, qarşıdurma maksimum 14 klassik partiyadan ibarətdir. İlk olaraq 7,5 xal toplayan şahmatçı dünya çempionu olacaq. Əsas partiyalardan sonra hesab 7:7 olarsa, qalib tay-brekdə müəyyənləşəcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью