Şahmat üzrə “Baku Open 2025” turnirinin başlama tarixi açıqlanıb

15.03.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalı baş tutacaq.

Apasport.az xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.

Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27-30 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı Baku Crystal Hall-da 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.

Qadın şahmatçımızdan dünya çempionatında gümüş medal Süleymanlıdan son turda qələbə Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO Süleymanlıdan növbəti heç-heçə Süleymanlı heç-heçə edib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью