Şahmat üzrə ölkə çempionatının seçmə yarışlarına start verilir İdman və Biz

23.01.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir Olimpiya İdman Kompleksində şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının seçmə yarışları təşkil olunacaq.

İdman.biz xəbər verir ki, İsveçrə Sistemi üzrə 9 turdan ibarət olacaq yarışda əsasnaməyə əsasən, yüksək yerlər tutan şahmatçılar müvafiq yaş qruplarında ölkə çempionatında iştirak hüququ qazanacaqlar.

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ölkə çempionatının seçmə yarışlarında Bakıdan əlavə 20 şəhər və regiondan 230 yeniyetmənin iştirakı gözlənilir.

Qeyd edək ki, yanvarın 25-də başlayacaq turnir fevralın 2-də yekunlaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью