Şahmatçılarımız 1/4 finalda

20.11.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın şahmatçılardan ibarət millimiz İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub.

"Football-plus.az" xəbər verir ki, yığmamız 4-cü turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.
Bu nəticə sayəsində millimiz 1/4 finala yüksəlib və bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadı.
Dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью