Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır

18.11.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, A qrupunda yer alan yığma ilk olaraq Peru ilə üz-üzə gələcək.

Qrupun digər görüşlərində ABŞ İspaniya ilə, FIDE komandası ilə Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.

Aydın Süleymanlı və Nicat Abasov Dünya Kubokunda növbəti mərhələdə - FOTO Yığmamız dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq 47 şahmatçımız Avropa çempionatında çıxış edəcək Bakıda yeniyetmə və gənclər arasında rapid turniri keçirilib - FOTO Teymur Rəcəbov: “Kapitan kimi ilk uğurumuzu Avropa çempionatında qazandıq”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью