Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
FİDE şahmat üzrə Dünya kubokunun keçiriləcəyi şəhərlə bağlı susmaqda davam edir. Yalnız yarışın tarixləri müəyyənləşib. Oktyabrın 31-dən noyabrın 27-dək baş tutacaq turnirin məkanı rəsmən açıqlanmayıb.
Hindistanın Dünya kubokuna evsahibliyi etməsi ehtimalı var, burda İddialılar Turnirində üç yer uğrunda mübarizə aparılacaq. Amma hələlik bu məlumatın rəsmi təsdiqi yoxdu.
Qeyd edək ki, üç Azərbaycan şahmatçısı - Rauf Məmmədov, Riad Səmədov və Əhməd Əhmədzadə Avropa çempionatından Dünya kubokuna vəsiqə qazanıb. Nicat Abasov isə son dünya çempionatının yarımfinalçısı kimi bu turnirdə çıxış edəcək.