Şahmatçılarımızdan uğurlu başlanğıc

26.02.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın dörd təmsilçisi Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının I turunda qələbə qazanıb. Sport24.az xəbər verir ki, Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turu uğurla başa vurublar.

Açılış turunda yeganə məğlubiyyət acısı yayan isə Lalə Hüseynova olub

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью