Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrda Özbəkistanın Səmər- qənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan qadın şahmatçılardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, hazırlığa komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik edib.
Təlim-məşq toplanışından sonra milli komandanın üzvləri AŞF rəhbərliyi ilə görüşüb. Qurumun prezidenti Mahir Məmmədov olimpiadaya hazırlıq proqramı və şahmatçıların mötəbər yarışa qədər hansı turnirlərdə iştirak edəcəyi ilə maraqlanıb.
Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.
Qabil YUSİFOĞLU
XQ