Şahmatçımız “Aeroflot Open”də sabah yarış başlayır

28.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Sabah Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Aydın Süleymanlı da çıxış edəcək.

Turnirdə ümumilikdə 144 şahmatçı qüvvəsini sınayacaq. İki dəfə dünya çempionu tacı uğrunda matçların iştirakçısı Yan Nepomnyaşi (Rusiya) yarışın reytinq lideridir. Ondan başqa Moskvada Hans Nimman (ABŞ), Rixard Rapport (Macarıstan), Daniil Dubov (Rusiya) və digər aparıcı şahmatçılar da qələbə uğrunda mübarizə aparacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью