Şahmatçımız Auqsburq turnirinə heç heçə ilə başlayıb

06.03.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın Auqsburq şəhərində 8 Mart gününə həsr olunmuş qadınlar arasında şahmat turniri başlayıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Mələk İsmayıl da çıxış edir.

O, ilk turda Maxteld Van Forestlə (Niderland) heç-heçə edib.

İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq yarışda ümumilikdə 28 şahmatçı mübarizə aparır.

Turnirin reytinqin favoriti Deimante Daulitte-Kornettedir (Fransa).

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью