Şahmatçımız dördüncü qələbəsini qazanıb

30.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirində 3-cü yerə yüksəlib.

İdman.biz xəbər verir ki, o, "Challengers" yarışının 10-cu turunda qazaxıstanlı Kazıbek Nogerbekə qalib gəlib.

Bu, Süleymanlının yarışda dördüncü qələbəsidir. O, 6,5 xal toplayıb və əlavə göstəricilərdə yerli şahmatçı Bencamin Boku qabaqlayır.

Çexiya təmsilçisi Tay Nquyen 7,5 xalla liderdir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью