Şahmatçımız dünya çempionatında QIZIL MEDAL QAZANDI

24.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.
 

MÖVZU İLƏ BAĞLI: 

Qadın şahmatçılarımızdan tarixi nəticə! - FOTO


Bizim.Media xəbər verir ki, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb. Hər iki görüşdə FIDE komandası üstün olub (3:1;2,5:1,5).
Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub.
Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib.


Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью