Şahmatçımız Nicat Abasov Almaniyada ilk məğlubiyyətini aldı

08.11.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan şahmatçısı Nicat Abasov Almaniyada keçirilən Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, 31 yaşlı qrossmeyster səkkizinci turda qara fiqurlarla oynadığı görüşdə 2452 reytinq xalına malik ABŞ-li beynəlxalq usta Evan Parka məğlub olub.

Buna qədər Abasov dörd qələbə qazanıb və üç dəfə heç-heçə edib. Səkkiz turdan sonra onun aktivində 5,5 xal var. Azərbaycan təmsilçisi bu nəticə ilə turnir cədvəlində 31-ci pillədə qərarlaşıb.

Ümumilikdə 548 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir.

Qeyd edək ki, bu gün, 8 noyabrda keçiriləcək son turda Nicat Abasovun rəqibi Almaniya təmsilçisi Samuel Veber olacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью