Şahmatçımız VeykAanZee turnirində İdman və Biz

24.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan şahmatçısı Aydın Süleymanlı nüfuzlu Veyk-Aan-Zee turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz “Tata Steel Chess”in B turnirində mübarizə aparacaq.

O, yarışın qalibi adını qazana bilsə, 2026-cı ildə “Masters” turnirində oynamaq hüququna yiyələnəcək. Bu vəsiqə üçün 14 iştirakçı mübarizə aparacaq.

FİDE reytinqi 2632 olan şahmatçımız bu göstəricidə turnirdə 5-cidir.

Qeyd edək ki, Niderlanddakı turnir 2025-ci il yanvarın 17-də başlayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью