Şahmatçımızdan dünya çempionatında bürünc medal

05.11.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

BƏƏ-nin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında dünya çempionatı (U-20) keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycanı yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.

Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

Azərbaycan klubları Avropa Kubokunda qələbə qazandı Avropa Kuboku: “Odlar Yurdu” ikinci pilləni bölüşür “Shirvan Open 2026”nın açılış mərasimi keçirilib "Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью