Şahmatda İLK DƏFƏ: Dünya çempionatının iki qalibi oldu

01.01.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nyu-Yorkda blits üzrə dünya çempionatı başa çatıb.
Bizim.Media xəbər verir ki, 16-cı dünya çempionu norveçli Maqnus Karlsen və rusiyalı qrossmeyster Yan Nepomnyaşi dünya çempionu olublar.
Finalda Karlsen əvvəlcə iki qələbə qazansa da, növbəti iki oyunda Nepomnyaşi qalib gəlib. Sonra qrossmeysterlər ardıcıl üç heç-heçə ediblər. Nəticədə onlar özləri titulu bölüşdürmək qərarına gəliblər. Bunu norveçlinin təklif etdiyi bildirilir. Tarixdə bundan əvvəl iki nəfər birlikdə şahmat üzrə çempion tituluna sahib olmayıb.
Qeyd edək ki, Nepomnyaşi 2024-cü ildə rapid üzrə dünya çempionatında bürünc medal qazanıb. Karlsen geyim qaydalarını pozduğuna görə həmin turnirdən diskvalifikasiya edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью