Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ona görə də...

27.02.2025

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Toplum TV işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.
Demokrat.az  xəbər verir ki, məlumatlı mənbə Trend-ə açıqlamasında Ş.Bəylərqızının ona qarşı irəli sürülən bütün ittihamları qəbul etdiyini bildirib.
Eyni zamanda, o, bütün sualları cavablandırıb və istintaqla əməkdaşlığa razı olub.
Mənbənin sözlərinə görə, bütün bunlar nəzərə alınaraq, Ş.Bəylərqızı ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, fevralın 5-də həbs edilən Ş.Bəylərqızı ötən gün ev dustaqlığına buraxılıb. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью