Şahramanyan antiterror əməliyyatına görə dindiriləcək Həbsi gözlənilir

21.06.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan ikinci dəfə Ermənistan İstintaq Komitəsi qarşısına çıxmaq üçün bildiriş alıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb. 

O, iyunun 27-də dindirilməlidir. Qeyd olunub ki, bu proses Şahramanyanın həbsi ilə başa çatacaq.

Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı səhlənkarlıq və sursatların ələ keçirilməsi hadisəsi ilə bağlı araşdırma aparır.

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью