Şahruddin bu göstəricilərə görə fərqləndi

16.10.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində ən çox qurtarış edən qapıçılar siyahısına düşüb.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, meydana çıxdığı 4 görüşdə 19 dəfə komandamızı qoldan xilas edib. 

Şahruddin bu göstərici ilə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşdürür. 

İlk pilləni 34 seyvlə San-Marinonun qapıçısı Edoardo Kolombo turur. İkinci yerdə Lixtenşteyndən Benyamin Bühel (30 seyv), üçüncü yerdə Andorradan İker Alvares (26 seyv) qərarlaşıb. 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью