Şahruddin cəzalı duruma düşdü

14.10.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşün 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 

QOL.az xəbər verir ki, bu, təcrübəli qolkiperin cari seçmə mərhələdə aldığı ikinci sarı vərəqədir. Bu səbəbdən də Şahruddin cəzalı duruma düşüb. O, noyabrın 13-də Bakıda İslandiyaya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək. 

Xatırladaq ki, Ş.Məhəmmədəliyev seçmə mərhələdəki ilk sarı vərəqəsini Bakıda Ukraynaya qarşı keçirilən görüşdə (1:1) almışdı. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью