Şahruddin Mbappedən danışdı

13.10.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Kilian Mbappe haqda fikirlərini bölüşüb.

Futbolpress.az “Championat” nəşrinə istinadən xəbər verir ki, qolkiper fransalı haqda bunları deyib:

“Mbappe çox sürətlidir. Televizorda onun hərəkətləri, sürəti o qədər də bilinmir. Amma meydanda canlı görəndə tam fərqli olduğunu başa düşüşürsən. O, hazırda ən yaxşı formasındadır”.

Mbappe DÇ-2026-nın seçmə mərhələsində keçirilən Fransa – Azərbaycan oyununda (3:0) bir qol vurub. Həmin matçda millimizin “çərçivəsini” Şahruddin qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью